Bu xidmət kimlər üçündür?

Bu proqram satış sahəsini sıfırdan öyrənmək və ya satış meneceri kimi işləmək istəyənlərüçündür.

Əgər satış sahəsinə yeni başlayırsınızsa, təcrübəniz yoxdursa və “haradan başlayacağımı bilmirəm” deyirsinizsə, bu proqram sizin üçündür.

Proqram necə keçirilir?

1 ay | 1 həftə nəzəriyyə + 3 həftə real praktika

1-ci həftə  nəzəriyyə

Bu dərslərdə sıfırdan satış mütəxəssisi olmaq üçün lazım olan əsas biliklər sistemli şəkildə öyrədilir.

1-ci həftənin sonunda

Nəzəri hissə tamamlandıqdan sonra əyani görüşümüz keçirilir.

Bu görüşdə öyrəndiklərimizi praktikaya keçməyə hazır vəziyyətə gətiririk.

Sonrakı 3 həftə  — Real şirkətdə praktika

Proqramın ən fərqli tərəfi məhz buradadır.

Siz sadəcə kurs izləməyəcəksiniz. Real biznes mühitində praktika keçəcəksiniz.

Hər qrup müəyyən bir sahəyə fokuslanacaq.

Beləliklə, 3 həftə ərzində real müştərilər, real məhsullar və real satış prosesi ilə tanış olursunuz.

Bu praktika gələcəkdə həmin şirkətdə iş imkanına da çevrilə bilər.

Proqramın sonunda nə qazanacaqsınız?